“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək

“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək
23 Yan 2020 16:57

"Canalys" tədqiqat şirkətinin analitikləri yaxın illərdə "ağıllı" qurğuların tədarük həcminin yüksək artımını proqnozlaşdırırlar. Mütəxəssislər "ağıllı" qurğular kateqoriyasına smartfon, masaüstü fərdi kompüter, noutbuk, planşet, daşınan qurğular, "ağıllı" kolonka və qulaqlıqları aid edirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, qiymətləndirmələrə görə, 2023-cü ildə yuxarıda sadalanan elektronika növlərinin tədarük həcmi 3 milyardı ötməlidir. 2019-cu ildə bu göstərici 2,4 milyard olub.

 

Mütəxəssislər smartfonları bazarın ən vacib seqmenti adlandırırlar. 2023-cü ildə smartfonların tədarük həcmi 1,5 milyard səviyyəsində (smart qurğuların tədarük həcminin 50%-i) gözlənilir.

 

Analitiklər "ağıllı" qulaqlıqları ən perspektiv kateqoriya adlandırırlar. 2020-ci ildə "Bluetooth" qulaqlıqlar və tamamilə simsiz qarniturlar daxil olmaqla bu cür səs aksesuarlarının tədarükü 32,1% artaraq 490 milyona yaxınlaşmalıdır. 2023-cü ildə bu göstərici 726 milyon təşkil edəcək.

 

"Ağıllı" kolonkalar artım tempinə görə ikinci yeri tutacaq. 2020-ci ildə onların tədarük həcmi 150 milyon səviyyəsində proqnozlaşdırılır ki, bu da ötənilki göstəricidən 21,7% çoxdur. 3 il sonra bu göstərici 194 milyon təşkil etməlidir.

 

Planşetlər kateqoriyasında zəif dinamika gözlənilir: artım tempi mənfi olacaq, 2023-cü ildə tədarük 115 milyon səviyyəsində proqnozlaşdırılır.

 

"Canalys" şirkətinin analitiklərinin proqnozuna görə, baxılan dövrün sonunda masaüstü kompüter və noutbukların tədarükü 249 milyon səviyyəsində gözlənilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.