Bakıda mərkəzi rayonun yerləşəcəyi ərazi məlum oldu

Bakıda mərkəzi rayonun yerləşəcəyi ərazi məlum oldu
23 Yan 2020 13:43

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib.

Realpress.az-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, İçərçişəhərin xüsusi statusu var.

"Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır. Hazırda Romanın "Mərkəz 1" adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparırıq. Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş görülür".

Ə.Ələkbərov qeyd edib ki, Bakının mərkəzi rayonu Səbail və Nəsimi kimi rayonlarını əhatə edəcək: "2005-ci ildən "İçərişəhər"in öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi status alıb. Bu, böyük bir statusdur".


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.