Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO

Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR - Prezident göstəriş verdi - VİDEO
23 Yan 2020 13:10

"Ünvanlı sosial yardım proqramı genişləndiriləcək".

Realpress.az xəbər verir ki, bu sözləri İctimai TV-də yayımlanan "Sabahın Xeyir Azərbaycan" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndəsi Nuranə Həsənova deyib. 

ƏƏSMN rəsmisi bildirib ki, qanunvericilik aktlarında bir sıra dəyişikliklər hazırlanıb və hökumətə təqdim edilib:

"Əvvəllər müraciət edərkən ailənin krediti gəlir kimi göstərilirdi. Artıq bu hal nəzərə alınmayacaq. Digər bir dəyişiklik isə ailə tərkibi ilə bağlıdır. Əvəllər ailə tərkibi dəyişəndə bu, sosial müavinətin dayandırılmasına səbəb olurdu. Artıq bu hal da aradan qaldırılacaq.

Gəlir saxlanılmaqla ailənin tərkib hissəsi dəyişirsə, ona təyin olunan ünvanlı sosial yardım dayandırılmır. Bu hal olduğu təqdirdə vətəndaş 5 iş gün müddətində məlumat verməli idi. Bu da yeni dəyişiklikdə 5 gündən 15 günə çatdırılacaq. Bununla yanaşı, digər təkminləşdirmə işləri də nəzərdə tutulur".

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlı sosial yardımla bağlı göstəriş vermişdi və bildirmişdi ki, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.