Fəhlənin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi

Fəhlənin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi
23 Yan 2020 12:29

Şadlıq evində baş verən ölüm hadisəsi ilə bağlı sahibkar həbs edilib.

Realpress.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən "Aygün" şadlıq sarayında hündürlükdən yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülmüş Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq vəfatına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.