Bakıya qar yağmamasının səbəbi açıqlandı - RƏSMİ

Bakıya qar yağmamasının səbəbi açıqlandı - RƏSMİ
23 Yan 2020 11:52

Son zamanlar iqlim dəyişmələrindən, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Hazırda qərəzsiz statistikaya əsaslanan yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur.

Realpress.az xəbər verir ki, statistika planetimizdə tufanların, qasırğaların, sel və daşqın hadisələrinin, quraqlığın, isti və soyuq hava dalğalarının nəzərə çarpacaq dərəcədə artdığını göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktoru Umayra Tağıyeva BAKU.WS-ə bildirib ki, bu gün baş verən anomal iqlim hadisələri daha çox antropogen xarakterlidir, insanın həyat fəaliyyəti ilə bağlıdır:

"Dunyada son illərin meteoroloji tədqiqatları göstərir ki, soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır. Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Son onilliklərdə ölkəmizdə şaxtalı günlərin sayının azalması fonunda, təbii ki qarlı günlərin sayı da azalır, Bakı üçün nadir hadisə olan qarlı hava demək olar ki müşahidə edilmir.

Ümumilikdə paytaxtda qarlı proseslər arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə bağlıdır. Son illərdə bu dövrlər çox davamlı olmur. Lakin yanvar ayının 24-də belə bir qısamüddətli prosess artıq gözlənilir".

Umayra Tağıyeva əlavə edib ki, bu ilin yanvar ayının birinci və ikinci ongünlüyündə Bakıda şaxtalı hava qeyd edilməyib: "Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində havaların soyuması proqnozlaşdırılır. Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeronda 24-dən 25-i səhərədək yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək, 0-3° isti olacaq, 25-də gecə isə 2-dək şaxta olacağı gözlənilir.

Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü küləkli olacaq, 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s, 24-də isə şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq.

Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var".


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.