Bakıda bu yollarda MÜHÜM DƏYİŞİKLİK - ÜNVANLAR

Bakıda bu yollarda MÜHÜM DƏYİŞİKLİK - ÜNVANLAR
23 Yan 2020 11:01

Vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.

Realpress.az istinadla bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə aşağıdakı küçələrdə svetoforların işində dəyişikliklər edilib.

1. Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

2. Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

3. Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib;

4. İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.