Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb.
Bu barədə TASS informasiya yayıb.
“Hələlik konkret tarixlər yoxdur, lakin mütləq olacaq. Çünki ötən il prezidentlə təmaslarımız beş, ya da altı oldu. Odur ki, bu, müntəzəm formatdır”, - “görüşlərin mütləq keçiriləcəyi”ni vurğulayan İlham Əliyev deyib.
Daha sonra “Azərbaycanı yeni Rusiya hökuməti ilə konstruktiv əməkdaşlıq gözləyirmi?” sualını cavablandıran Prezident İlham Əliyev ölkələr arasında əlaqələrin mövcud razılaşmalar kontekstində uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
“Əminəm ki, bu il də ticarət dövriyyəsinin artması və çoxşaxəli münasibətlər baxımından çox uğurlu olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.