Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına start verdi - VİDEO

Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına start verdi - VİDEO
22 Yan 2020 16:10


Azərbaycan may ayının 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində 13-cü dəfə iştirak edəcək.

Realpress.az xəbər verir ki, İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən irəli sürülən qaydaya əsasən, müəlliflər “mp3” formatında üç dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim etməlidirlər.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır.

Ötən illərdə olduğu kimi bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.