Baş ağrısı nə zaman xərçəngə işarə edir?

Baş ağrısı nə zaman xərçəngə işarə edir?
22 Yan 2020 11:49

ABŞ-ın Mayo klinikasının mütəxəssisləri beynin bədxassəli şiş xəstəliyinin əsas simptomplarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəstəliyin əsas əlaməti xroniki baş ağrısıdır.

Bundan əlavə, beyin xərçəngi zamanı ürək bulanması və qusma tez-tez baş verir. Bunu da çox zaman mədə problemi, görmə və eşitmə qabiliyyəti ilə əlaqələndirirlər. Və eyni zamanda insanın gündəlik fəaliyyətlərinin öhdəsindən gəlməsi çətinləşibsə narahat olmağa dəyər.

 

Alimlərin fikrincə, əlamətlər şişin ölçüsü, yerləşdiyi bölgə və inkişaf sürətindən asılıdır.

Belə ki, əgər şiş danışma mərkəzinin yaxınlığındadırsa, danışma zamanı ilə pisləşir. Başqa halda isə xəstə əzalarının həssaslığından və koordinasiyanı itirməsindən şikayətlənir.

Beyin xərçəngi ehtimalı hiss edən kimi həkimə müraciət etmək lazımdır. Çünki xəstəlik inkişaf etdikcə, yaxşı nəticə əldə etmək şansı azalır.

Beyinin xoşxassəli şişlərinə də rast gəlinir. Lakin onlar da müalicə tələb edirlər.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.