Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb – FOTO

Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb – FOTO
21 Yan 2020 18:00

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd Kamaləddin Qafarovun seçkiqabağı təbliğat və təşviqat tədbirləri davam edir.

Yanvarın 19-da K.Qafarov öz seçki qərargahının bir qrup üzvü ilə Binəqədi rayonunun  Xutor  qəsəbəsində  yaşayan Abdullayevlər ailəsinin qonağı olmuşdur.  I qrup əlil Lətif Abdullayev  ailə üzvlərinin güzəranı ilə maraqlandığı, onlara baş çəkməyə gəldiyi üçün Kamaləddin Qafarova öz minnətdarlıını bildirmişdir.

Çay süfrəsi arxasında səmimi söhbət zamanı Milli Məclis deputatlığına namizəd ötən müddət ərzində ölkəmizdə görülən işlər, qarşıda duran vəzifələrdən danışmış, ailənin qayğı və problemləri ilə tanış olmuşdur.

Güllüzar Abdullayeva ərinin və oğlu Emil Abdullayevin birinci qrup əlil olduğunu, dövlətin önların müalicəsi və sosial problemlərinin qarşılanması üçün lazım olan bütün tədbirləri gördüyünü və ailənin rifahının son dövrlərdə daha da artdığını bildirmiş, dövlətimizə qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir.

Kamaləddin Qafarov Abdullayevlər ailəsinin çətinliklərinin qarşılanmasının, əlillərin tədrici reablitasiyası üçün  tədbirlərin görülməsinin dövlətimizin prioritet fəaliyyət istiqamətinin olduğunu vurğulamışdır.

K.Qafarov həmin gün M.Ə.Rəsulzadə qəsəbəsində, Arif Hüseynov adına küçədə yaşayan I qrup əlil Zinaida Unayeva və ailəsi ilə də görüşmüşdür. Zinaidanın anası Füruzə xanım Kamaləddin müəllimi səmimi qarşılamış, onu evlərində görməkdən məmnun olduğunu bildirmişdir. K.Qafarov serebral iflic səbəbli ayaq hərəkətlərində problemlər  olan Zinaida ilə ətraflı söhbət etmiş, onun hökmən sağalıb ayağa qalxaraq əmək qabiliyyətli insan olacağına inam ifadə etmişdir. Kamaləddin müəllim bunun üçün əlindən gələcəyini əsirgəməyəcəyini, hətta sağaldıqdan sonra onun işlə təmin olunacağına dair söz vermişdir.



Realpress.az


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.