Azərbaycan güləşçiləri Qran-pridə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan güləşçiləri Qran-pridə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb
20 Yan 2020 09:37

Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.

Realpress.az xəbər verir ki, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib.

Komandamız "Qran-pri"də uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.

Xatırladaq ki, “Qran-pri”də beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.



18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.