Türkiyənin İstanbul şəhərində iri xəncərlə restorana girən şəxs ətrafa hücum edib.
Realpress.az haberler.com-a istinadən xəbər verir ki, bolqarıstanlı Milen Baxçevanov adlı şəxs restoranda əşyaları qırıb, insanları təhdid edib.
Əraziyə cəlb edilən polislər onu sakitləşdirməyi bacarmayıblar. Nəticədə polislər ona atəş açıblar.
Ağır yaralanan 33 yaşlı Baxçevanov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Öldürülən şəxsin səhhətində problemlərlə əlaqədar belə etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.