İngiltərədə qeyri-adi oğurluq hadisəsinin görüntüləri böyük marağa səbəb olub. Belə ki, mağazanı qarət etmək istəyən oğrunun maymaqlığı hər kəsdə gülüş doğurub.
Müşahidə kamerası tərəfindən qeydə alınan kadrlar “Twitter”də mağaza sahibinin qohumu tərəfindən paylaşılıb və artıq iki milyon baxış toplayıb.
Bu barədə NDTV xəbər yayıb.
Kadrlardan görünür ki, dükan sahibi mağazaya girən müştərini görəndə ayağa qalxır. İçəri girən gənc bıçaq çıxararaq, pulları çantaya doldurmasını tələb edir.
Mağaza sahibi isə təmkinini pozmadan sakit şəkildə ondan soruşur: “Başqa nəsə lazımdır?”
Qarətçi ancaq pulları istədiyini bildirir. Dükan sahibi kassanı açaraq yenə “Başqa nəsə lazımdır?”, - deyə soruşur. Sonra qəfil rəfin altından beysbol ağacını çıxararaq oğrunu qabağına qatır.
“Əmim oğlunu qarət etməyə çalışıblar, o isə dünyanın ən sakit insanıdır. Bircə buna qulaq asın”, - deyə videonu paylaşan gənc bildirib.
Qeyd edək ki, video sosial şəbəkələrdə hind dilində “Başqa nəsə lazımdır?”, - adı ilə yayılıb və çoxlu bəyənmə toplayıb.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.