"Türkiyədə qadağan olunan "Dormofol" dərmanı Azərbaycana idxal olunmur" - Nazirlik

"Türkiyədə qadağan olunan "Dormofol" dərmanı Azərbaycana idxal olunmur" - Nazirlik
14 Yan 2020 15:41

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Türkiyə Respublikasında geriçağırılmış "Dormofol" dərman vasitəsi barədə açıqlama verib.

Realpress.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu "propofol" təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

"İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və Azərbaycan Respublikasına idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir", - məlumatda bildirilir.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.