Bu barədə UNİAN xəbər yayıb.
Onun sözlərinə görə, prioritet versiya raketlə vurulma olub, lakin mütəxəssislər hücumun səbəbləri ilə bağlı fərqli versiyalara sahib olublar:
“Məsələn, belə bir versiya var idi ki, kimlərsə ABŞ-ın Tehrandakı rezidenturasının əməkdaşlarının təyyarə ilə təxliyyəsinə mane olmaq istəyib. Digər bir variant nüvə, yaxud raket proqramı ilə əlaqələri olan alimlərin çıxışına mane olmaq idi”.
Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.