Bu şəxslərin futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu — AFFA-dan sərt qərar

Bu şəxslərin futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu — AFFA-dan sərt qərar
10 Yan 2020 17:25

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.

Realpress.az xəbər verir ki, assosiasiyadan verilən məlumata görə, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu
Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.


25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.