Mədə xərçənginin əsas SİMPTOMLARI

Mədə xərçənginin əsas SİMPTOMLARI
10 Yan 2020 16:23

Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.

Mədə xərçənginin əsas səbəblərindən biri Helicobacter pilori bakteriyası sayılır. Bu bakteriya həmçinin mədə xorası və qastritin inkişafına da səbəb olur. Mədə xorası və mədə polipləri xərçəngönü xəstəliklər sayılır ki, bu xəstəliklərin fonunda mədə xərçənginin inkişafı riski çox yüksəkdir.

Saglamolun.az АиФ nəşrinə istinadla bildirir ki, yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba) arasında mədə xərçənginin olması da risk faktoru sayılır. Belə insanlar öz sağlamlığına qarşı diqqətli olmalı və müntəzəm olaraq profilaktik müayinələrdən keçməlidir.

 

Qeyri-sağlam qidalanma, spirtli içkilərdən istifadə mədə xərçənginin riskini artıran faktorlardandır.

Mədə xərçənginin əsas simptomları bunlardır:

  • Yeməkdən sonra mədədə köp (simptom daim təkrarlanır, qidanın növündən asılı deyil)
  • Hətta az miqdarda qida qəbulundan sonra doyma hissinin əmələ gəlməsi
  • Güclü və daim təkrarlanan mədə qıcqırması
  • Ürəkbulanması
  • Mədə nahiyəsində keçməyən ağrılar
  • Yeməkədən sonra qusma, gecikmiş mərhələlərdə qanlı qusma
  • Kəskin arıqlama
  • Keçməyən səbəbsiz yorğunluq


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.