Azərbaycanda daha bir iyrənc hadisə: Ata və oğul illərlə azyaşlı qızı zorladı

Azərbaycanda daha bir iyrənc hadisə: Ata və oğul illərlə azyaşlı qızı zorladı
09 Yan 2020 14:14


Bakının Binəqədi rayonunda diqqət çəkən hadisə baş verib. Ata böyük oğlu ilə birlikdə bir neçə il azyaşlı qızına təcavüz edib

Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, şübhəlilər tutulub və hadisə ilə bağlı cinayət işi başladılıb (onların adları açıqlanmır).

İstintaq prosesi Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır və Respublikanın Baş prokurorunun nəzarətindədir.

Təcavüzə məruz qalan qızın 13 yaşı var. Uşağın məktəbə getməməsi ilə bağlı məktəbdə yaranan narahatlıqdan sonra hadisənin üstü açılıb.

Müəllimlər qızla əlaqə saxlayıblar, uşaq olanların son üç ildə başına gələn bütün hadisəni və buna görə dərsləri buraxdığını danışıb.

Binəqədi Rayon Polis İdarəsi işçiləri dərhal şübhəli pedofilləri tutublar.

Hadisə ilə bağlı bütün lazımi sübutlar əldə edilərək, onlara qarşı cinayət işi başlanılıb.

Saxlanılan qardaşın 21 yaşı var.

Hazırda təcavüzə uğrayan qızla psixoloqlar məşğul olur.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.