Boksçularımız ilk təlim-məşq toplanışına başlayıb

Boksçularımız ilk təlim-məşq toplanışına başlayıb
06 Yan 2020 09:50

Kişi boksçulardan ibarət Azərbaycan millisi ilk təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından Realpress.zz-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamızın hazırlıq məşqləri Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub. Hazırlığa 18 boksçu dəvət edilib.

Təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.