Avropa çempionumuz MMA-da məğlubedilməzliyini qoruyub bir milyon qazandı - VİDEO

Avropa çempionumuz MMA-da məğlubedilməzliyini qoruyub bir milyon qazandı - VİDEO
01 Yan 2020 21:22


MMA döyüşçüsü, sərbəst güləş millimizin sabiq üzvü Əli İsayev Nyu-Yorkda keçirilən Peşəkar Döyüş Liqası (PFL) turnirinin finalında ağır çəki dərəcəsində çempionluq mükafatını qazanıb.

Vesti.ru-nun məlumatına görə, o, həlledici döyüşdə amerikalı Cared Roşoltu məğlub edib.

İsayev dördüncü raundda texniki nokaut nəticəsində rəqibinə qalib gəlib. Döyüşçülərin bu görüşü onların təqdimatında beşinci imiş və hamısında İsayev qalib olub.

Çempionluq kəmərindən əlavə İsayev ən ağır çəkidə bir milyon dollar da qazanıb. Bu, onun MMA-da keçirdiyi doqquzuncu döyüş olub və hələ ki Əli məğlubedilməzdir.

Qeyd edək ki, əslən Dağıstandan olan Əli İsayev 2009-cu ildə Ermənistan təmsilçisi Ruslan Basiyevi məğlub edərək Azərbaycan adından Avropa çempionu olub. 


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.