Zakir Həsənov hərbi obyektlərin açılışında — FOTO/VİDEO

Zakir Həsənov hərbi obyektlərin açılışında — FOTO/VİDEO
29 Dek 2019 14:40

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Realpress.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə Müdafiə naziri Ulu öndər Heydər Əliyevin N hərbi hissəsinin yeni inşa edilən qərargah binasındakı büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edib, “Fəxri ziyarətçi və qonaqlar” kitabını imzalayıb.

Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib.

Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.

Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.

Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.

Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı  mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.

İkimərtəbəli tibb məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, müasir tibb avadanlığı ilə təchiz olunan məntəqə qəbul, təxirəsalınmaz təcili yardım, funksional diaqnostika, növbətçi həkim, ordinator, stomatoloji, prosedur və digər otaqlardan, eləcə də palatalardan, əşya anbarından, aptek və yeməkxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.

Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.



16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.