Gələcəyin əsas internet təhdidləri açıqlanıb

Gələcəyin əsas internet təhdidləri açıqlanıb
13 Dek 2019 17:04

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar. Bu haqda “Avast” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, gələcəkdə cinayətkarlar qurğulara müdaxilə etmək üçün yeni mürəkkəb üsullar axtarıb tapacaqlar. Gələcəyin ən ehtimal edilən problemləri arasında casusluq, poçt oğurluğu, təhlükəli e-poçt göndərmələri və uzaq məsafədən müdaxiləyə imkan verən boşluqlardan istifadəni qeyd etmək olar.

 

“Apple”ın istehsalı olan qurğularda boşluqlar internetdə ikinci trend olacaq. Həm hakerlər, həm də tədqiqatçılar sözügedən qurğularda boşluqların axtarışı ilə fəal məşğul olurlar. Bundan başqa, hakerlər “iOS” və “Android” üçün saxta və ya təhlükəli proqramlara, ödənişli abunələrə və reklam proqramlarına böyük önəm verirlər.

 

Həmçinin 2020-ci ildə bir çox hücumların hədəfi "ağıllı" qurğular olacaq. Belə cihazların sayı günbəgün artır, ancaq istifadəçilər hələ də onlardan təhlükəsiz istifadə etməyi öyrənməyib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.