Uşaqlarda diabetin 3 ƏSAS ƏLAMƏTİ. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda diabetin 3 ƏSAS ƏLAMƏTİ. Bunu hər bir valideyn bilməlidir!
13 Dek 2019 09:14

1 tip şəkərli diabet uşaqlar və yeniyetmələr arasında ən yayılmış endokrin xəstəliklərdən biridir.

Bu xəstəlik genetik, virus və immunoloji pozulmalar kompleksi nəticəsində inkişaf edir. Bu xəstəliyin  qarşısını almaq mümkün olmasa da vaxtında diaqnoz qoymaq və müalicə tətbirləri seçməklə uşağın həyatını normal etmək mümkündür. Burada əsas məsələ vaxtında qoyulmuş diaqnozdur.

Təəssüf ki, hər 2-ci uşağa 1-ci tip şəkərli diabetin diaqnozu uşaq artıq çox ağır vəziyyətdə olduqda, hətta diabetik komaya düşdükdə qoyulur.

 

Saglamolun.az bildirir ki, endokrinoloqlar valideynlərə uşaqlarına qarşı daha diqqətli olmağı və diabetə şübhələr yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

1-ci tip çəkərli diabetin simptomları hansılardır?

  1. Uşaq çox yeyir, lakin arıqlayır.
  2. Keçməyən susuzluq
  3. Tezləşmiş sidik ifrazı, xüsusilə gecə saatlarında.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.