Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır
13 Dek 2019 09:00

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri zamanı Respublikanın seçki keçirilən bütün dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatır.

Realpress.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni dekabrın 13-ədək müraciət etməlidir.

Bu gün, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti başa çatır.

Bundan əlavə, bələdiyyə seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edilməsi üçün sonuncu gündür.

Seçki bülletenlərinin hazırlanması müddəti də bu gün başa çatır.


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.