İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)
12 Dek 2019 15:49

ABŞ-ın "Sarcos Robotics" şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq ağırlığı hiss etməyə imkan verən "Guardian XO" ekzoskeletinin seriyalı versiyasını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, şirkət ekzoskeletin yaradılmasına bir neçə il sərf edib. Massiv konstruksiya kəmər və xüsusi jilet vasitəsilə insana bərkidildikdən sonra robot insanın hərəkətlərini təkrarlamağa başlayır. Mütəxəssislərin sözlərinə görə, robot və insan arasında səylərin nisbəti 20:1 təşkil edə bilər. "Guardian XO" elektromotorlar vasitəsilə hərəkətə gətirilən çoxlu bölmələrdən ibarətdir. Onların işi həm mexaniki, həm də proqram baxımından məhdudlaşdırılıb.

 

Robotun əl-ayaqlarındakı qarmaqları görülən işdən asılı olaraq dəyişdirmək mümkündür. Robotun akkumulyatorunun işləmə müddəti 2 saata bərabərdir. Zərurət yarandıqda batareyanı asanlıqla əvəzləmək olar. İş prosesi zamanı enerji kəsiləndə isə robotun əlləri qəflətən yox, yavaş-yavaş aşağı salınacaq.

 

"Sarcos Robotics" şirkəti ekzoskeleti illik 100 min dollar olmaqla icarəyə verməyi planlaşdırır.

 Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.