YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
12 Dek 2019 13:35

"Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə hazırdır, sadəcə olaraq namizədlər irəli sürüldükdən sonra digər proseslərə başlanılacaq".

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP 126 nəfər səlahiyyətli nümayəndə və bir nəfər maliyyə məsələləri üzrə nümayəndənin adını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib: "MSK artıq bunu təsdiq edb. Yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik və siyahını da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik".

İcra katibi əlavə edib ki, Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçki təcrübəsi var: "Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib".


25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

25 Apr 2024
Siyasət

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.

25 Apr 2024
Siyasət

İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər - YENİLƏNİB +FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.