Qarabağ əlili: "Heydər Əliyev toyumda "Süleymani" havasını oynadı" - VİDEO

Qarabağ əlili: "Heydər Əliyev toyumda "Süleymani" havasını oynadı" - VİDEO
12 Dek 2019 12:49

Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə toyunda iştirak etdiyi Tuqay Rzayev xatirələrini danışıb.

Realpress.az xəbər verir ki, məcburi köçkün, Qarabağ əlili T.Rzayev “unikal.org”a bildirib ki, toy Biləsuvar rayonu ərazisindəki çadır düşərgəsində keçirilib.

Onun sözlərinə görə həmin gün Novruz Bayramı ərəfəsinə təsadüf edib:

"Martın 19-u günü biz tezdən toy mərasiminə hazırlaşırdıq.

Dedilər ki, Heydər Əliyev yoldadır, toyda iştirak etməyə gəlir. Ulu Öndər zala daxil olanda hamı ayağa qalxdı. Onu qarşıladılar, gözəl toy keçdi.

Heydər Əliyev çıxışında dedi ki, birinci toydur ki, iştirak edirəm. Məclisdə anam Süleymani havasını sifariş elədi.

Ulu Öndərlə birlikdə ailəmizlə rəqs etdik.

Bu tarixi heç bir zaman unutmaq olmaz".


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.