Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu

Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu
11 Dek 2019 16:46


Azərbaycanda dəfələrlə ov edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan qətərli şahzadələr bu dəfə yeni məkan kimi Pakistanı seçiblər. Lakin Bəlucistan əyaləti Təbii Yaşam Departamentinin şikayətindən sonra onlar saxlanılıblar.

Bununla bağlı hüquq-mühafizəçilərin verdiyi açıqlamada deyilir ki, Nuşki bölgəsində qanunsuz ov edən yeddi qətərli saxlanılıb.

Xəbəri “Dawn” agentliyi yayıb.

Bildirilir ki, saxlanılan qətərlilərdən dördü kral ailəsinin üzvüdür. 

Hüquq-mühafizə orqanının əməkdaşları saxlanılan şəxslərin polisdən gizlənmək üçün yerlilərə məxsus geyimlə hərəkət etdiklərini vurğulayıb.

Qeyd edək ki, Pakistan hökuməti körfəz ölkələri şahzadələrinə adambaşına 100 min dollar ödəmələri müqabilində 15 bölgədə 10 günlüyünə dovdaq ovlamaq icazəsi verilir. Ən çox 100 quş ovlama haqqı olan şahzadələr 10 gündən artıq qaldıqları müddətdə daha 100 min dollar ödəməlidirlər. Nəsli kəsilmə təhlükəsi ilə üzləşən quşların ovlanması üçün ərəb şahzadələrinə  verilən izn ölkədə narazılıqla qarşılanır.

Yeri gəlmişkən, bildirək ki, Qətər şahzadələri bir neçə dəfə dostları ilə birlikdə Azərbaycanda da olublar. Onlar Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarda ovla məşğul olublar. Onarın Azərbaycandakı ov macəralarının görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılıb. 

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.