Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.
Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.