Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu
11 Dek 2019 15:50

Ermənistanda Baş Nazir Nikol Paşinyanın Yeni il tədbirlərinin təmtəraqla keçirilməsi barədə verdiyi qərar ölkədə narazılığa səbəb olub.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, erməni hökumətinin rəhbəri Yerevanda Yeni il tədbirlərinin təşkili üçün büdcədən 270 milyon dram (562 min dollar) ayırıb. Bu isə Ermənistan KİV və sosial şəbəkələrdə tənqid hədəfi olub.

Paşinyan külli miqdarda pulun ayrılmasını Yeni ili xaricdə keçirən erməniləri ölkəyə cəlb etmək məqsədi ilə əsaslandırıb.

"Yeni il mahnısı yazmağı tapşırdım və həmin mahnı "Jingle bells" kimi populyarlaşana qədər bu proses davam edəcək. Mənə dedilər ki, artıq bir yeni il mahnısı bəstələnib" deyən Baş Nazirin tədbirlər planı çərçivəsində verdiyi bu tapşırıq da birmənalı qarşılanmayıb. Onun ölkə üçün önəmli tədbirləri görməkdənsə, vaxtını bu cür işlərə sərf etməyi qəbuledilməz hal kimi dəyərləndirilib.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.