Azərbaycanın futbol klubu Almaniyada akademiya açır

Azərbaycanın futbol klubu Almaniyada akademiya açır
11 Dek 2019 15:30

“AZE Nakhchivan-Köln SK" Futbol Klubu Avropa ilə Azərbaycan arasında futbol əlaqələrini gücləndirmək barədə qərar verib

“AZE Nakhchivan-Köln SK”  Futbol Klubunun idarə heyətinin iclası keçirilib. 

Klubun mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, iclasda bir sıra vacib qərarlar qəbul olunub. Klubun tərkibində akademiyanın yaradımasına qərar verilib. Bundan başqa klubun nəzdində təxminən 5 müxtəlif yaş qrupundan ibarət komandalar yaradılacaq. Birinci qrup 6-7, ikinci qrup 8-9, üçüncü qrup 11-12, dördüncü qrup isə 17-18 yaşlılardan təşkil olunacaq. Hələlik 4 yaş qrupundan ibarət komandanın olması qərarlaşdırlıb. Gələckdə bu yaş qruplarının sayının artırılacağı nəzərdə tutulur. Akademiyadan başqa klubun tərkibində transfer və skout fəaliyyətinin aparılması üçün “AZE Nakhchivan-Köln SK” Futbol şirkətinin qurulmasına qərar verilib. Akademiya ilə bağlı işlər davam etdirilir. Hələlik Almaniyada yaşayan uşaqlar, yeniyetmə və gənclər müraciət edə biləcəklər. Amma orada daimi qalmaq üçün şərait formalaşandan sonra digər ölkələrdən də uşaq və yeniyetmələr qəbul ediləcək. Klub eyni zamanda qərara alıb ki, Avropa ilə Azərbaycan arasında idmanın əsas qollarından biri olan futbolla bağlı əlaqələri gücləndirsin. Eyni zamanda Azərbaycan klublarının xarici klublarla əlaqələri, onların skout işlərinin dəstəklənməsi, gələcəkdə Azərbaycan klublarının da təlim-məşq toplantılarının Avropada təşkil olunması istiqamətində fəaliyyət göstəriləcəyi ilə bağlı qərar qəbul olunub.  

İclasda həmçinin Köln Nippes Bələdiyyəsinin bu şəhərin Weiden qəsəbəsində yerləşən futbol kompleksindən istifadəsinə dair razılıq qərarı üçün klub rəhbərliyi adından şəhər bələdiyyə rəhbərliyinə təşəkkür müraciəti qəbul edilib.

Realpress.az


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.