SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb
10 Dek 2019 12:00

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

Realpress.az report-a istinadən xəbər verir ki, imzalanma Bakıda keçirilən “Energy Forward” tədbirində baş tutub.

İlk sənəd yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir.

“Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

Digər sənəd “Baker Hughes” və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu arasında imzalanıb və SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır.

Qlobal hasilat standartlarını təqdim etməklə, “Baker Hughes” və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.

Bundan əlavə, “Baker Hughes”, Bakı Ali Neft Məktəbinə JewelSuite proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb. Dəyəri bir milyon ABŞ dollarından artıq olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq.

Bu təşəbbüs, sənaye sahəsində aparıcı geoloji və geofiziki proqram təminatından istifadə sahəsində real təcrübə qazanacaq, eyni zamanda, tələbələrin təhsildən birbaşa peşəkar fəaliyyətə keçidinə dəstək verəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.