Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? - Son qərarını açıqladı

Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? - Son qərarını açıqladı
09 Dek 2019 10:36

Xalq artisti Afaq Bəşirqızı parlament seçkilərində iştirakla bağlı son qərarını açıqlayıb.

Realpress.az bildirir ki, sənətkar "ölkə.az"-a açıqlamasında bunları deyib:

"Heç vaxt vəzifədə, kresloda gözüm olmayıb. Amma son günlər sosial şəbəkələrdə deputatlığa namizəd olmağımla bağlı gedən müzakirələri izləyirəm. Hiss edirəm ki, illərdir sənət naminə gördüyüm işlər, hər zaman xalqımın, dövlətimin yanında olmağım cavabsız qalmayıb. İnsanlar mənim namizəd olmağıma yetərincə müsbət yanaşırlar. Əgər belədirsə, mən də onların Milli Məclisdə səsi olmağa müsbət yanaşıram. İstərdim ki, onların problemlərinin həllində, daha yuxarı instansiyalara çatdırılmasında yaxından iştirak edim".

Xalq artisti əməkdaşımızın "hansı dairədən namizəd olmaq fikrindəsiniz" sualını belə cavablandırıb:
"Hələlik hansı dairədən namizəd olacağımı dəqiqləşdirməmişəm. Amma dairə seçimi barədə tam qərarsız da deyiləm. Çox güman ki, yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam"

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.