“Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq

“Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq
07 Dek 2019 10:07

"Huawei" şirkətinin inkişaf etdirdiyi "Harmony OS" 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq. Bu barədə Çin şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Coy Tan bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, onun sözlərinə görə, "Harmony OS" sistemi "Android" ilə müqayisədə az kod həcmi və müxtəlif qurğularda əlavələrin işə salınması imkanı kimi bir sıra üstünlüklərə malikdir.

 

"Harmony OS" güclü funksiyalı yüngül, kompakt əməliyyat sistemidir. O, bazarın digər əməliyyat sistemləri ilə müqayisədə az kod sətri sayına malikdir və daha təhlükəsizdir", – o qeyd edib.

 

"Huawei" şirkəti "Harmony OS" sistemini iki il əvvəl hazırlamağa başlasa da, bu prosesi bir neçə ay əvvəl kəskin sürətləndirib. Bu, ilk növbədə ABŞ tərəfindən tətbiq edilən və yerli texnoloji şirkətlərin "Huawei" ilə əməkdaşlığının qadağan edilməsini nəzərdə tutan sanksiyalarla əlaqədardır. Bundan başqa, şirkət "Android" üçün "Google" servislərindən istifadə, eləcə də "Windows" sistemi ilə iş üçün yeni qurğuların sertifikasiyalaşdırılması imkanından məhrum edilib.

 

Çin şirkəti öz qurğularında "Android" sistemini "Harmony OS" ilə əvəzləməyi hələ ki planlaşdırmır. Şirkət nümayəndələrinin sözlərinə görə, lakin belə ehtiyac yaranacağı təqdirdə əvəzlənmə prosesi üçün çox vaxt tələb olunmayacaq. Həmçinin "Huawei" gələcəkdə sistemin çıxış kodunu açmağı nəzərdə tutur.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.