İslahatlar dövrün tələbi və reallığıdır

İslahatlar dövrün tələbi və reallığıdır
06 Dek 2019 20:40

- Kamaləddin müəllim, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü və bunun əsasında Milli Məclisdə çoxluq təşkil edən YAP deputatlarının müraciəti hansı zərurətdən yaranmışdır?

- Bəri başdan qeyd edim ki, istər politoloji, istərsə də dünya parlamentarizm təcrübəsində yeni olacaq fövqəladə heç nə baş verməyib. Sizin bəhs etdiyiniz və bizim hamımızın, eləcə də cəmiyyətin əksər üzvlərinin normal qarşıladığı məsələ adi bir prosedurdur. Bu tipli qərarlara dünyanın bütün parlamentli ölkələrində rast gəlmək mümkündür.

Bu məsələ ölkəmizin ali qanunvericiliklik aktlarında da öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının  98-ci maddəsində Prezidentin  Milli  Məclisi buraxa bilməsinin forma və qaydaları aydın və birmənalı şəkildə göstərilmişdir. Bu, Prezidentin müstəsna səlahiyyətidir.

Milli Məclisdə YAP-ı təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı müraciət qəbul etməsinə gəlincə isə, qeyd etməliik ki,  bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq istəyindən qaynaqlanmışdır.

Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq  qərar qəbul etmişdir. Əgər çoxluq belə bir müraciət edibsə, demək ki,  bu, zəruri və aktualdır. Bir daha vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz  Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə əsasən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.

Partiyamızın islahatlara üz tutması,  islahatların memarı olan Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Əliyevə dəstək verməsi, təbii bir prosesdir. Bu parlament islahatların əsas məqsədi ökədə gedən geniş islahatlar dalğasına sanballı bir dinamika və töhfə verməkdir. Şübhə etmirik ki, YAP-ın irəli sürəcəyi yeni namizədləri-peşəkar siyasi xadimləri, hüquqşünaslari və iqtisadçıları - öz işi və davranışı ilə ölkədə hörmət qazanmış bütün kadrları xalqımız dəstəkləyəcəkdir.

- Bu prosesi ictimai, siyasi və sosial həyatın bütün sahələrində geniş vüsət alan islahatların tərkib hissəsi kimi dəyərləndirmək olarmı?

- Əlbəttə, şübhəsiz ki, bu, belədir. İndi genişmiqyaslı struktur, kadr və sosial islahatların reallaşdırılması məqamında parlamentin də islahatların hərəkətverici mexanizmlərindən birinə çevriməməsi məntiqdən uzaq olardı. Əgər xatırlayırsınızsa, bu ilin aprel ayında geniş miqyaslı ədliyyə-hüquq islahatları keçirildi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalandı. Məhkəmə sistemində islahatlar həyata keçirmədən, iqtisadi islahatlar dəstək olmaq qeyri-mümkündür.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri də yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkədən ibarətdir. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev gənclər haqqında fəxarətli fikirlər söylədi, onlara çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışının əsas leytmotivi ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır. “... Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.”

Sovetlər dönəmindən qalma bir fikir var: hər şeyi kadrlar həll edir. Müəyyən qeyd-şərtlərlə bu fikirlə razılaşmaq olar. Çünki hansı islahat olursa-olsun, o prosesdə kadrlar yerində deyilsə, uğur gözləməyə dəyməz. Prezidentimiz tərəfindən uğurla reallaşdırılan islahatlarda biri də kadr islahatıdır. Yeni kadrların irəli çəkilməsi, gənclərə etimad göstərilməsi və onların ən yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatının əsas istiqamətlərindən biridir. Lakin bizim daxildən və xaricdən olan bədxahlarımız bu islahata ləkə yaxmağa, ölkəmizin, xalqımızın gələcəyi naminə reallaşdırılan bu islahata kölgə salmağa çalışdılar. Lakin Dövlət başçısı neqativ  meyllərə qarşı dərhal münasibətini çildirdi və bu siyasətin davamlı və dönməz olduğunu bir daha təsdiqlədi:

“Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var, getməlidir- qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi – bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq”.

Gördüyünz kimi, Azərbaycan konstruktiv, səmərəli islahatlar yoluna qədəm qoymuşdur və ölkəmizi bu yoldan heç bir qüvvə döndərə bilməz!

Tags #kəmaləddin qafarov, kamaləddin qafarov,kemaleddin qafarov, deputat, milli məclis, milli meclis



23 Apr 2024
Siyasət

Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - VİDEO

“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

22 Apr 2024
Siyasət

Prezident: “Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”

“Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”.

22 Apr 2024
Siyasət

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

22 Apr 2024
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib.

20 Apr 2024
Siyasət

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.