"Səni axtarıram" proqramını Doğuş aparacaq - VİDEO

"Səni axtarıram" proqramını Doğuş aparacaq - VİDEO
05 Dek 2019 16:55

Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramının layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı bu gün efirə çıxmaya bilər. Dünən səsi tutulmuş vəziyyətdə efirə çıxan jurnalistin səsi efirdən sonra təmamilə batıb. 

Realpress.az xəbər verir ki, aparıcının yerinə proqramı həyat yoldaşı Doğuş təqdim edəcək.

O, bu barədə "İnstagram"da danışıb. "Story"də paylaşılan videoda aparıcının Doğuşla birlikdə həkim qəbulunda olduğunu görürük.

"Bəli, Xoşqədəmin səsi batıb. Bu gün "Səni axtarıram"ı onun yerinə mən aparacam. Yeni aparıcınız mənəm", - deyən Doğuş, bugünki efiri təqdim edəcəyini bildirib.

Xatırladaq ki, X.Hidayətqızı BAKU.WS-ə açıqlamasında, bu gün efirə çıxa bilməyəcəyini istisna etməmişdi:

"Səsim təmamən yoxdur. Hər kəslə yazıyla danışıram. Bəlkə efirə çıxmadım. Bundan əvvəl də bir dəfə səsim tutulmuşdu. Həkim xəbərdarlıq etmişdi ki, bir də belə olarsa, səsinin açılması çox çətin olacaq. Bu da bu... Dünən o vəzıyyətdə efirə çıxmamalıydım. Həkimə inad çıxdım, indi nəfəs belə ala bilmirəm".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.