“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb

“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb
05 Dek 2019 15:35

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.

 

"Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində bağlanmış müqaviləyə əsasən, tərəflər göstərilən beynəlxalq rabitə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə şəbəkələri qarşılıqlı test edəcək.

 

Test işləri şəbəkənin ümumi keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə, arabağlantı kanallarına üçüncü tərəflər tərəfindən xoşagəlməz müdaxilə cəhdlərinin vaxtında müəyyən olunmasına və tədbirlərin görülməsinə, qanunsuz beynəlxalq səs trafikinin ötürülməsi ilə mübarizənin artırılmasına imkan yaradacaq.

 

Qeyd edək ki, "AzInTelecom" MMC tərəfindən hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitəsində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilib.

 

Məlumat üçün bildirək ki, Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.