Gimnast səkkiz metr hündürlükdən yerə yıxıldı - VİDEO

Gimnast səkkiz metr hündürlükdən yerə yıxıldı - VİDEO
05 Dek 2019 12:05


Rusiyanın aparıcı gimnastı Yevgeniya Asonova Riqada Beynəlxalq Turnirdə çıxışı zamanı  səkkiz metr hündürlükdən yıxılaraq ciddi xəsarət alıb.

Bu barədə Sport24.ru xəbər verib.

Bildirilir ki, 30 yaşlı idmançı sonuncu elementi yerinə yetirərkən hava kətanlarının quraşdırıldığı qurğu qırılıb.

Xəstəxanaya yerləşdirilən idmançı dərhal əməliyyat olunub. Gimnastın onurğası sınıb, həmçinin, onurğa beyni zərər görüb.

O da vurğulanır ki, Asonovanın ciddi xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Riqada idman müəssisəsinə qarşı cinayət işi qaldırılıb.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.