Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.
Realpress.az “Report”a istinadən xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar naminə, dialoq və sabitlik üçün” şüarı altında keçiriləcək.
Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin - Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.
“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.