Hindistan internet şirkətlərdən məlumatları lokallaşdırmağı tələb edir

Hindistan internet şirkətlərdən məlumatları lokallaşdırmağı tələb edir
02 Dek 2019 11:15

Hindistan hökuməti rəqəmli şirkətlərdən ölkə vətəndaşlarının məlumatlarını dövlətin ərazisində saxlamağı tələb etmək niyyətindədir. Hindistan hakimiyyəti “WhatsApp” messencerində məlumat itkisi ilə bağlı hadisələrdən sonra belə qərar qəbul etməyi planlaşdırır. Bu haqda “Hindustan Times” məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumatların lokallaşdırılması hakimiyyətə məlumat itkisi zamanı şifrlənmiş məlumatlara giriş əldə etməyə kömək edəcək.

 

Cari ilin mayında “WhatsApp”ın təhlükəsizlik sistemində boşluq aşkar edilmişdi. Həmin vaxt naməlum şəxslər istifadəçilərin (əsasən jurnalist və hüquq müdafiəçiləri) qurğularına casus proqramları quraşdıraraq onlara hücum etmişdilər. Hücum messencer vasitəsilə edilmiş zəngin köməyi ilə həyata keçirilirdi. Daxil olan çağırış haqqında məlumatlar isə dərhal silinirdi. “Pegasus” proqramı qurbanları dinləməyə, foto və video çəkiliş etməyə imkan verirdi. “Pegasus” proqramının tərtibatçısı olan İsrailin “NSO Group” şirkəti bütün ittihamları inkar edərək proqram təminatını yalnız hökumət və kəşfiyyat idarələrinə satdığını iddia edir.

 

"Hindistan “WhatsApp” üçün ən böyük bazarlardan biridir, heç kimin bizə məlumat verməməsi təəccüblüdür" – adının gizli qalmasını istəyən yüksəkvəzifəli məmur deyib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.