“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına

“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına
28 Noy 2019 12:47

Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

Realpress.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə İTV-də yayımlanan "3D" proqramında Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən danışıb.

Sənətçi Xalq artisti Afaq Bəşirqızını dəstəkləmədiyini söyləyib:

"Qurultayda var idim. Orada Əbülfəs Qarayev çıxış etdi. Həmin vəziyyətdə Afaq xanım durdu getdi. Bilmədim, nə mənada idi. Bəlkə, Afaq xanımın ürəyi vəzifə istəyir.Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar".

Qeyd edək ki, Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk etmişdi. Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin senari üzrə getdiyini bildirmişdi:

"O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm: Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil".


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.