Tanınmış aktyor orqanlarını bağışladı - FOTO

Tanınmış aktyor orqanlarını bağışladı - FOTO
22 Noy 2019 17:17


Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Əhməd Mekin maraqlı addım atıb.

Realpress.az xəbər verir ki, 87 yaşlı aktyor orqanlarını bağışlayıb.

Səhhətinin yaxşı olduğunu açıqlayan aktyor bu addımı atmaqla peşman olmadığını bildirib.

Aktyor orqanlarını Akdeniz Universitetinin Orqan Transplantasiya Mərkəzinə bağışlayıb. Hətta orqanların bağışlanması ilə bağlı sənədə qol çəkib.

“Öldükdən sonra başqa adamların sevinci və yaşamaq ümidi olduğunu bilmək çox dəyərlidir. Bu missiya müqəddəsdir. Oqran bağışlanması həyatı xilas edir. Ona görə də hər kəsi bu müqəddəs vəzifəni yerinə yetirməyə çağırıram.

Tez-tez mətbuatda sənət insanların belə bir addım atdığını oxuyuram. Türkiyədə və dünyada orqan gözləyənlərin sayı getdikcə artır. İnsan öldüyü zaman lazım bilinən orqanların başqa şəxslərin bədənində yaşamasını bilmək önəmlidir. Bu yöndə hər kəsin maarifləndirilməsi lazımdır”, - deyə Əhməd Mekin qeyd edib.

Qeyd edək ki, 87 yaşlı aktyor kinoya addım atdığı 1956-ci ildən indiyədək təxminən 200 filmdə rol alıb. Əhməd Məkin “Səlvi Boylum Al Yazmalım”, “Ezo Gəlin” və “Çiçək Abbas” filmləri ilə tanınıb.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.