Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva, Tatarıstan və Tümendə keçirdikləri əməliyyat nəticəsində “Hizbut-Təhrir” terror təşkilatının iki rəhbər şəxsi olmaqla, doqquz üzvünü həbs ediblər.
Bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xüsusu xidmət orqanlarının açıqlamasında qeyd olunur ki, saxlanılan şəxslər qapalı terror strukturları yaradaraq, maliyyə axtarışları ilə məşğul olub, ideyalarını yerli müsəlman əhali arasında yayaraq, insanları öz fəaliyyətlərinə cəlb etmək istəyiblər.
Axtarış zamanı saxlanılanlardan qadağan edilmiş təbliğat materialları, əlaqə vasitələri və informasiya yayan avadanlıqlar müsadirə edilib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.