Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı

Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
22 Noy 2019 09:40

Artıq 100 gündən artıq bir müddətdir ki, 2019-cu ilin iyul ayında, Rusiyanın Baykanur kosmodromundan Proton-M raketi vasitəsi ilə Spektr-RG rentgen-qamma teleskopu kosmosa çıxarılmışdır.

Realpress.az bizplus.az-a istinadən bildirir ki, təqribən 1.5 milyon km məsafəni qət edərək, aparat Laqranj nöqtəsi ətrafında öz orbitinə çatmışdır. Bu orbitdən eyni zamanda həm Günəşi, həm də Yeri müşahidə etmək mümkündür. Bu orbitdə Günəşin və Yerin cazibə qüvvələri bir-birini tarazılaşdırdığından, kosmik aparatın orbitdə saxlanılması üçün az yanacaq sərf olunur. Beləliklə, teleskop öz işçi vəziyyətini alaraq işə başlamışdır. Yerə yaxın orbitlərdən fərqli olaraq bu orbitdə heç bir əlavə maneə və atmosfer küyü olmadığından, hesab olunur ki, orada astronomik müşahidələr üçün ideal vəziyyət mövcuddur.

Rusiya və Almaniya mütəxəssislərinin birgə səyi ilə yaradılmış bu teleskopun əsas məqsədi rentgen şüalarında Kainatın mükəmməl xəritəsinin alınmasıdır. Spektr-RG müasir Kainatın formalaşmasında görünməyən maddənin və "qara" enerjinin rolu, ifrat böyük kütləyə malik qara dəliklərin təkamülü, Kainatın özünün Böyük partlayışdan sonrakı təkamülü və digər bu kimi fundamental problemlərin həlli kimi kosmologiyanın bir sıra vacib suallarına cavab tapmağa komək etməlidir. Teleskop, aldığı informasiyanı Yerə güclü radiokanallar vasitəsilə ötürəcəkdir. Spektr-RG daha geniş görüş bucağına və rekord ayırdetmə qabiliyyətinə malik olmağı ilə bu vaxta qədər mövcud olan rentgen teleskoplarından fərqlənir. Bu isə astrofiziklərin fikirincə, hökmən yeni kəşflərə gətirməlidir.

Spektr-RG teleskopu əsasən iki rentgen-güzgü sistemi - rus alimləri tərəfindən yığılmış ART-XC və alman alimlərinin ePOSİTA sistemlərindən ibarətdir.Hər iki sistem eyni bir mənbədən siqnalı qəbul edir, lakin ART-XC cod şüalanmada, ePOSİTA isə yumşaq şüalanmada. Buna görə də bu iki cihaz bir-birini tamamlayırlar. ART-XC-nin 7 rentgen "gözü" vardır ki, hər biri də nikel-kobaltdan düzəldilmiş və iridiumla örtülmüş 28 güzgülü örtükdən ibarətdir. ePOSİTA-nın 7 eyni cür rentgen "gözü" var və bunların hər biri rentgenə həssas kameradan düzəldilmiş güzgü modulundan ibarətdir. Hər modul - 54 qızıl təbəqəli nikeldən düzəldilmiş və bir-birinin içərisinə salınmış güzgüdən ibarətdir.

Teleskop Yerin kölgəsinə heç vaxt girmədiyindən günəş panelləri həmişə aktiv olacaqdır və enerji defisiti problemi yaranmayacaq. Teleskopun geniş açılmış göy sferinin istənilən nöqtəsini uzun müddət müşahidə etmək imkanı vardır ki, onun həssaslığı bu nöqtənin istənilən istiqamətdə seçilə bilməsinə imkan verir. Buna görə də teleskopun Kainatda irimiqyaslı struktur elementlərini - qalaktikalar toplusunu, İfrat Yeni ulduzların qalıqlarını və s. görməyə imkanı vardır. Belə imkanlar alimlər qarşısında ilk dəfədir ki açılır və Yerə emal üçün ötürüləcək informasiyanın həcminin çox böyük olacağı gözlənilir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.