Həmsöhbətin yalan danışdığına dair 5 İŞARƏ

Həmsöhbətin yalan danışdığına dair 5 İŞARƏ
22 Noy 2019 09:17

Niyə insanlar yalan danışırlar? Bəli, əlbəttə ki, hər zaman həqiqəti danışmağa çalışan insanlar var.

Bununla belə, yalanı adi bir şey, həyatının bir hissəsi kimi qəbul edənlər də var.

Yalançı ümid edir ki, heç kim onu yaxalaya bilməyəcək. Lakin bəzi işarələr insanın yalan danışdığını ələ verə bilər. 

 

Realpress.az bizplus.az-a istinadən bildirir ki, insan kimisə aldatmaq istəyəndə cavabını əvvəlcədən düşünür. Həmsöhbətinizin müəmmalı cavabından sonra eyni sualı fərqli formada verin. Yalançı əvvəlki cavabını bir daha təkrarlayacaq.

Sözlərin konkretliyini qiymətləndirin

Aldatmaq istəyən insan cavabının ətrafında müxtəlif detallardan ibarət olan labirint qurmağa çalışır, onun əsas məqsədi yalanı gizlətməkdir. Konkretlik həqiqətə işarə edir.

Müəyyən müddətdən sonra bu mövzuya yenidən qayıdın. Adətən yalançı daha əvvəl söylədiyi təfərrüatları xatırlamaqda çətinlik çəkir.

Cavabın sürətini qiymətləndirin

Sizi aldatmaq istəyən insan çox güman ki, "əfsanəsini" əvvəlcədən düşünüb və buna görə də tərəddüd etmədən sualınızı dərhal cavablandıracaq. Sizə elə gələ bilər ki, sanki o əvvəlcədən bloknota yazdığı sözləri üzdən oxuyur.

Narahatedici suala hazır olmayan yalançı vaxt uzatmaq üçün öskürür, əsnəyir və ya başqa bu kimi vasitələrə əl atır.

Jestlərə diqqət edin

İnsan yalan danışarkən, sözləri və jestləri bir-birinə uyğun olmaya bilər. Məsələn, "yox" deyib başı ilə "hə" cavabına işarə edən jestdən istifadə.

Vizual əlaqə

Yalan danışan insan həmsöhbətin gözlərinə baxmır. Lakin burada nəzərə almaq lazımdır ki, insanların gözlərinin içinə baxmağa öyrəşməyən tiplər də var. Buna baxmayaraq, bu iki insan arasında fərq var: yalançı yalanlarına reaksiya görməkdən qorxur, buna görə həmsöhbətinin gözləri ilə qarşılaşanda dərhal gözlərini çəkir.

Təcrübəli yalançılar bilərəkdən həmsöhbətin gözlərinin içinə baxaraq, gözlərini bir saniyəlik də olsa çəkmirlər.

Bu metodlardan istifadə edin və sizi aldatmağa çalışan yalançıları müəyyən etməyi öyrənin. Sizə özünüzü rahat hiss edə biləcəyiniz gözəl insanlara rast gəlməyi arzu edirik!


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.