Realpress.az “milliyet”ə istinadən xəbər verir ki, 79 yaşlı Y.Böyükanıt uzun sürən xəstəlikdən sonra və bu gün səhər saatlarında müalicə aldığı Aclbadem Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2006-cı ildə Baş Qərargah rəisi olub, 2008-ci ildə istefaya göndərilib.
Səhhətindəki problemlə əlaqədar 4 gün əvvəl vəfat edən həyat yoldaşı Filiz Büyükanıtın dəfn mərasimində iştirak edə bilməyib.
Yaşar Böyükanıt kimdir?
Y.Böyükanıt Türk Silahlı Qüvvələrini 25-ci Baş Qərargah rəisi olub. O 1940-cı ildə İstanbulda anadan olub. 1961-ci ildə Quru Qoşunları Hərbi Məktəbinin, 1963-cü ildə isə Piyada Qoşunları məktəbinin məzunu olub. Bundan sonra türkiyə ordusunda müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ilin avqustindan 2008-ci ilin 30 avqustunadək Türk Silahlı Qüvvələrinin rəisi olub. 2008-ci ildən isə pensiyaya çıxıb.
Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.
Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.
Rusiya qoşunları Çerniqova üç raket zərbəsi endirib.