Azər üçüncü dəfə evlənir

Azər üçüncü dəfə evlənir
21 Noy 2019 11:17

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.

Realpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu dəfə İlahə adlı xanımla nikah bağlayır.

Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq.

Maraqlısı odur ki, Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, boşanma xəbəri ötən ilin mayında ortaya çıxmışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı. İddia olunur ki, 2-ci boşanmaya səbəb cütlüyün övladının olmamasıdır.

Bundan əlavə, A. İsmayılov növbəti nikahından Uğur adlı oğlunun olduğunu sosial şəbəkədə qeyd etsə də, daha sonra uşağın aparıcının öz övladı yox, bacısının oğlu olduğu ortaya çıxmışdı.

Xatırladaq ki, Azərin birinci evliliyi aparıcı Vüsalə Əlizadə ilə olub. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.