AzTV tender elan etdi

AzTV tender elan etdi
20 Noy 2019 17:07

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender. gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsun və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 9 dekabr, tender təklifi ilə bank təminatı sənədlərini isə 17 dekabra qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 dekabrda açılacaq. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.