Ayı avtomobilin qapısını açıb, maşının içində yuxuya getdi - VİDEO

Ayı avtomobilin qapısını açıb, maşının içində yuxuya getdi - VİDEO
20 Noy 2019 15:23

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Realpress.az xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə ayının yol kənarında dayanan avtomobilə daxil olaraq, içərisində yuxuya getməsi əks olunub.

Kadrlar ABŞ-ın Kaliforniya ştatında Taho gölünün yaxınlığında çəkilib. Adam Armstrong adlı şəxs avtomobilini qapısı açıq vəziyyətdə qoyaraq yatmağa gedib.

O, ayılanda avtomobilinin qapısının açıq olduğunu görüb. Təhlükəsizlik kamerasına düşən görüntüləri izləyən kişi təəccüblənib.

Belə ki, görüntülərə görə meşə ayısı onun "Subaru" markalı avtomobilinin arxa sərnişin qapısını açaraq maşına daxil olub və orada yatıb.

"Səhər ayılanda gördüm ki, maşının qapısı açıqdı. Əvvəlcə qorxdum. Görüntülərə baxanda təəccübləndim. Amma maşına ziyan dəyməmişdi", - Adam Armstrong söyləyib.

Milli.Az maraqlı görüntüləri təqdim edir:


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.