“Windows 10” sistemi “DoH” protokolunu dəstəkləyəcək

“Windows 10” sistemi “DoH” protokolunu dəstəkləyəcək
20 Noy 2019 13:20

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin gələcək buraxılışlarında "DNS over HTTPS" (DoH) protokolunun tətbiqi üzərində çalışır. Bununla yanaşı, "DNS over TLS" (DoT) protokolundan istifadə mümkün olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "DoH" protokolu "DNS" icazəsini şifrlənmiş "HTTPS" bağlantısı üstündən yerinə yetirməyə imkan verir, "DoT" isə "Transport Layer Security" (TLS) protokolu vasitəsilə "DNS" sorğularını şifrləyir və emal edir. "DoH" protokolunu "Windows 10 Core Networking" qrupuna əlavə edən "Microsoft" istifadəçilərin bütün "DNS" sorğularını şifrləməklə onların internetdə məxfiliyinin qorunmasını gücləndirməyə çalışır.

 

Məlumata görə, "DoH" protokolunun "Windows 10" sisteminə tətbiqinin ilkin mərhələsində "DNS" sorğuları istifadə edilən "DNS" rezolverləri "HTTPS" protokolundan üstün şifrləməni dəstəklədiyi təqdirdə avtomatik şifrlənəcək. Lakin "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların "DNS" serverlərini dəyişməz saxlayacaq. Buna görə də istifadəçilər və sistem inzibatçıları "DNS" sorğularına icazə üçün serveri müstəqil seçə biləcəklər.

 

Növbəti mərhələlərdə istifadəçilər və sistem inzibatçıları üçün "DoH" serverlərini "Windows 10" sistemindəki "DNS" quraşdırmalarında xüsusi interfeys vasitəsilə sazlamaq imkanı yaradılacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.